Orbandan AB-yə: Danışıqlara başla! Dünya

Orbandan AB-yə: Danışıqlara başla!

Aydın oldu ki, bizim Ukraynaya yanaşmamızda sənədləşmə və ya kommunikasiya yolu ilə aradan qaldırıla bilməyən strateji fərqlər var.

Xalqcebhesi.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban Brüsselin Ukraynaya əlavə hərbi dəstək və müdafiə xərclərinin sürətlə artırılmasını özündə ehtiva edən AB sammitinin planı barədə danışarkən bildirib.

Orban tələbini AB Şurasının prezidenti Antonio Kostaya ünvanladığı məktubda da açıqlayıb.

Bundan əlavə, Orban AB-ni Moskva ilə Ukrayna üzrə birbaşa danışıqlara başlamağa çağırıb.