

Ukraynanın paytaxtı Kiyevdə Maydan meydanında mitinq keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, aksiya iştirakçılarının əksəriyyəti müharibə müddətində itkin və əsir düşən hərbçilərin valideynləri və ailələridir.
Etirazçılar beynəlxalq təşkilatlardan və hökumətdən yaxınlarının tapılmasını və ya azad olunmasını tələb və xahiş ediblər.
Onlar bildiriblər ki, aksiyaları növbəti günlərdə də davam etdirəcəklər.