Ağ Evdə iclasımız oldu, qərar verdik ki, Zelenski ilə... Dünya

Ağ Evdə iclasımız oldu, qərar verdik ki, Zelenski ilə...

Donald Trampın komandası yekdilliklə Ağ Evdəki mübahisədən sonra Vladimir Zelenski ilə danışıqları dayandırmağı tövsiyə edib.

Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Maykl Uolts deyib.

“Mətbuatın çıxmasını xahiş etdikdən sonra bir iclasımız oldu və faktiki olaraq yekdilliklə prezidentə məsləhət verdik ki, Oval kabinetdə belə bir təhqirdən sonra irəliləməyin mümkün olmadığını görürük və hər hansı bir gələcək əməkdaşlıq geri addım atmaq olardı”, - Uolts bildirib.

Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra görüşün qapalı davam edəcəyi bildirilib. Lakin Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib.