

1 Mart 22:04
1 Mart 19:22
ABŞ Prezidenti Donald Tramp mübahisədən sonra Ukrayna lideri Vladimir Zelenskinin nahar payını yeyib.
Xalqcebhesi.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolina Levitt deyib.
O, Trampın naharı ləğv etmək qərarına gəldiyini, çünki Zelenskinin sülh danışıqları aparmaq vəziyyətində olmadığını hiss etdiyini söyləyib:
“ABŞ prezidenti Zelenskinin naharını hərfi və məcazi mənada yedi”.
Məlumata görə, Tramp qonaqlara rozmarin və kərəviz kökündən hazırlanmış püre ilə toyuq qovurması verəcəkdi. Liderlərin naharına pomidor, kələm, qulançar və balla yaşıl salat da daxil idi. Desert siyahısında isə krem-brule, müxtəlif giləmeyvə, peçenyelər və s. olmalı idi.
Ukrayna nümayəndə heyətinin Ağ Evi tərk etməsinə baxmayaraq, Tramp hazırlanan nahardan imtina etməyib. Boş yerlər olduğuna görə daha bir neçə komanda üzvünü masaya dəvət edib.