

1 Mart 22:04
1 Mart 19:22
Serbiya ölkəmizə kənardan hücum edən və onu məhv etmək istəyən şər qüvvələrə tab gətirəcək və məğlub edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin şərqindəki Krepolyina şəhərində vətəndaşlarla görüşündə deyib.
“Müxtəlif qüvvələr Serbiyaya qarşı mübarizədə birləşib. Ötən üç aydakı nümayişlər, hərəkətsizlik və blokadalar Serbiya iqtisadiyyatını məhv etdi. Biz bunun öhdəsindən gələcəyik, Serbiyanı ayağa qaldıracağıq. İnanıram ki, Serbiya bu il bütün Avropada artım tempinə görə ilk üç ölkə sırasında olacaq. Bizə sağlam, dinamik işləyən və gələcəyə baxan Serbiya lazımdır”, - Vuçiç bildirib.
Qeyd edək ki, ötən gündən Serbiyada tələbələr başda olmaqla minlərlə insan ölkənin üçüncü böyük şəhəri olan Nişdə etiraz aksiyası keçirir.