Almaniyanın yeni hökuməti yüzmilyardlar ayırır Dünya

Almaniyanın yeni hökuməti yüzmilyardlar ayırır

Almaniyanın gələcək hökuməti yüz milyardlarla avronu keçə biləcək nəhəng investisiya paketlərini müzakirə edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, Xristian Demokratik İttifaqı ilə Almaniya Sosial Demokrat Partiyası arasında gedən danışıqlar zamanı ordu və infrastrukturun yenilənməsi üçün iki fondun yaradılması müzakirə olunub.

Bildirilib ki, iki fond üçün 100 milyard avrodan çox vəsait ayrılacaq.