

1 Mart 22:04
1 Mart 19:22
Ağ Ev hesab edir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Venslə mübahisədən sonra vəziyyəti düzəltməlidir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “NBC Nyus” Tramp administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, Tramp administrasiyası Zelenskidən növbəti addımları gözləyir.
Bununla yanaşı Ağ Evdən bildirilib ki, görüş zamanı baş vermiş mübahisə planlaşdırılmamışdı və gözləntilərin əksinə baş verib:
“Tramp nadir torpaq ehtiyatları ilə bağlı sövdələşmədə təhlükəsizlik zəmanəti tələbinə görə qəzəblənib. İndi Ağ Ev rəsmiləri deyirlər ki, Zelenskinin Trampı danışıqları davam etdirməyə inandırmaq üçün dəqiq nə edə biləcəyini bilmirlər, lakin bu, hələ də mümkündür. Top Prezident Zelenskinin tərəfindədir. Tramp hesab edir ki, Zelenski danışıqlar masasına qayıtmalıdır və o, gəlib hər şeyi düzəltməlidir”.