Ərdoğan növbəti dəfə prezident seçkilərində iştirak edə bilər Dünya

Ərdoğan növbəti dəfə prezident seçkilərində iştirak edə bilər

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçkilərində iştirak edə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Yayman Türkiyənin Antakya şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, 2027-ci ilin noyabrında ölkədə prezident seçkiləri keçiriləcək.

H.Yaymanın sözlərinə görə, başqa namizədə ehtiyac yoxdur.