Avropa liderləri Ukraynaya görə bir araya gəldi Dünya

Avropa liderləri Ukraynaya görə bir araya gəldi

Ukrayna üzrə Avropa sammiti bazar günü Londonun mərkəzindəki Lankaster igamətgahında başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın Baş naziri Keyr Starmerin təşkilatçılığı ilə keçirilən toplantıda 18 ölkə və assosiasiyanın nümayəndələri iştirak edir:

"Tədbirdə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa Şurasının prezidenti Antonio Koşta, NATO-nun baş katibi Mark Rutte və Ukrayna Prezidenti Vladimir Zelenski iştirak edir. Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edir. Sammit iştirakçıları arasında Ukraynanın Londondakı səfiri Valeri Zalujnı da yer alıb".

İclasdan əvvəl qeyd olunub ki, sammit iştirakçıları Ukraynanın mövqelərini möhkəmləndirməyə, o cümlədən Kiyevə hərbi təchizat və Rusiyaya iqtisadi təzyiqlərə diqqət yetirəcək.