HƏMAS girovları azad etməkdən imtina edərsə, İsrail döyüşləri bərpa edəcək Dünya

HƏMAS girovları azad etməkdən imtina edərsə, İsrail döyüşləri bərpa edəcək

Fələstinin radikal HƏMAS hərəkatı atəşkəs razılaşmasının birinci mərhələsini uzatmaqdan və bütün girovların azad edilməsindən imtina edərsə, İsrail son çarə kimi Qəzza zolağında hərbi əməliyyatları bərpa etməyi planlaşdırır.

Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Onun sözlərinə görə, İsrail tərəfi sektora humanitar yardımın daxil olmasını dayandırmaqla yanaşı, HƏMAS-a qarşı təzyiqləri tədricən artırmaq niyyətindədir. İsrail daha sonra Qəzza əhalisinin şimaldan cənuba təxliyəsini yenidən elan edə və lazım gələrsə, Fələstin anklavına elektrik enerjisinin verilməsini tamamilə kəsə bilər.

Kan qeyd edir ki, planlaşdırılan son tədbir ABŞ-ın təchiz etdiyi daha ağır silahlarla döyüşə qayıtmaqdır.

Cavid