"Avropa yeni düzənə Türkiyə ilə birlikdə daxil olur" Dünya

"Avropa yeni düzənə Türkiyə ilə birlikdə daxil olur"

Trampın müharibəni bitirmək planı bu oldu ki, işğal olunmuş torpaqlarını Rusiyaya ver, təbii sərvətlərini də ABŞ-a, özünüz də gedin sakit oturun gözləyin, nə vaxt Putin yenidən güc toplayıb sizə hücüm edəcək, yəni heç bir təhlükəsizlik təminatı filan olmayacaq.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, əslində, Trampdan ciddi plan gözləmək sadəlövhlük olardı, çünki bu adam və ətrafındakıların hamısı orta statistik amerikalılardan aşağı səviyyəli insanlardır. Sadəcə populist şüarlarla seçicilərin başını aldadıb hakimiyyətə gələ biliblər. Bundan sonra da Zelenskiyə niyə bunların dedikləri ilə razılaşmayır deyirlər. Normal təfəkkürlü insanlar Avropadadır Türkiyə daxil:

"Yeni dünya düzəni artıq son hadisədən sonra qurulur. ABŞ dünyada və ətrafında təklənir və okeanın o tayından dünyaya boylana qalır. Hamı ABŞ-dan uzaqlaşır. Avropa yeni düzənə Türkiyə ilə birlikdə daxil olur. Türkiyə Avropanın siyasi və hərbi liderinə çevrilir. Çin əvvəlki kimi öz yerindədir. Heç bir gücə qarışmır və iqtisadi əlaqələr haqda fikirləşir. Rusiya isə düşdüyü durumdan çıxmaq üçün daha böyük itkilər vermək bahasına çıxmağa çalışır. Çünki Rusiyanın bundan başqa üsulu yoxdur. Rusiyanın üslubu ancaq işğal etmək və qorxu yaratmaqdır. Rusiya dünya düzəninin içərisində özünə işğal etdiyi ərazilərlə süni güc mərkəzi yaratmaq istəyir".

Cavid