"Avropa liderləri Ukraynada müharibəni davam etdirmək qərarına gəliblər" Dünya

"Avropa liderləri Ukraynada müharibəni davam etdirmək qərarına gəliblər"

Macarıstanın baş naziri Viktor Orban Avropa liderlərinin London görüşünün nəticələrini təhlükəli adlandırıb, çünki onlar Ukraynada müharibəni davam etdirmək qərarına gəliblər və Ukraynanın özünü buna sövq edirlər.

"Avropa liderləri Londonda qərar verdilər ki, sülhü seçmək əvəzinə müharibəni davam etdirmək istəyirlər. Onlar qərara gəldilər ki, Ukrayna müharibəni davam etdirməlidir. Bu pis, təhlükəli və yanlışdır. Macarıstan sülhün tərəfindədir", - Orban deyib.

Macarıstanın baş naziri Kiyevə hərbi yardımın davam etdirilməsinin müzakirə edildiyi bazar günü Londonda keçirilən sammitə dəvət edilməyib. Xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan ora getmir, çünki orada yalnız davam edən hərbi əməliyyatların tərəfdarları görüşməyi planlaşdırır.

Onun sözlərinə görə, Macarıstan, əksinə, Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə gətirib çıxarmalı olan Rusiya və ABŞ arasında davam edən danışıqları dəstəkləyir.

Cavid