"ABŞ Putindənsə, miqrantlarla bağlı daha çox narahat olmalıdır" Dünya

"ABŞ Putindənsə, miqrantlarla bağlı daha çox narahat olmalıdır"

ABŞ prezidenti Donald Tramp Amerikanı xarici problemlərdən çox, daxili problemlərdən narahat olmağa çağırıb.

“Biz Putindənsə, ölkəmizə daxil olan miqrantlar, narkobaronlar, qatillər və psixiatrik klinikalardan olan insanlardan daha çox narahat olmalıyıq ki, Avropanın vəziyyəti ilə nəticələnməyək”, – Tramp özünün “Pravda Socialnaya” sosial şəbəkəsində yazıb (RİA Novosti).

Yada salaq ki, Amerika lideri 2025-ci il yanvarın 20-də rəsmi səlahiyyətlərinin icrasına başladıqdan dərhal sonra qeyri-qanuni miqrantlarla mübarizə üçün sərt tədbirlər görəcəyini vəd etmişdi.

Siyasətçi ABŞ-ın cənub sərhədindəki problemlərə görə fövqəladə vəziyyət elan edib.

Bundan əvvəl bildirilirdi ki, Kubada yerləşən və adətən terrorçuların yerləşdiyi Quanatanamo körfəzindəki Amerika hərbi bazası ölkədən qovulan qeyri-qanuni miqrantları qəbul etməyə hazırlanır. Dəniz piyadaları “əməliyyat mərkəzinin hazırlanmasında” iştirak edəcəklər. ABŞ hakimiyyəti bazada 30 minə yaxın qeyri-qanuni mühaciri yerləşdirməyi planlaşdırır.

Cavid