

Kolumbiya Prezidenti Qustavo Petro sosial media platforması “X” hesabında Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.
Zelenskini Qərbin tək buraxdığını iddia edən Petro, "Zelenski Qərb silahları ilə müharibəyə başladı və indi ona xəyanət edildi. Öz silahlarından istifadə edən Rusiya onu tərksilah etdi. Belə olan halda Zelenski öz siyasətini dəyişməli və slavyan xalqları arasında birliyi təmin etməyə çalışmalıdır" deyib.
Petro tərəfləri dialoqa çağırıb və deyib: "21-ci əsrin müharibələri fosil iqtisadiyyatın müharibələridir. Zelenski heç bir vasitəçi olmadan birbaşa Vladimir Putinlə danışmalı və Slavyan dünyasında dünyaya açıq siyasi və iqtisadi sülh sazişi bağlamalıdır".