“Hücrə-15” əməliyyatlarında 334 şübhəli tutulub Dünya

“Hücrə-15” əməliyyatlarında 334 şübhəli tutulub

“Hücrə-15” əməliyyatlarında 334 şübhəli ələ keçirilib.

Xalqcəbhəsi.az Türkiyənin “Demirören” Xəbər Agentliyinə istinadən bildirir ki, Türkiyənin daxili işlər naziri Əli Yerliqaya bu barədə deyib: “Kredit şirkətlərinə, fırıldaqçılara və maliyyə cinayəti təşkilatlarına qarşı 54 vilayətdə apardığımız “Hücrə-15” əməliyyatlarımızda 334 şübhəli ələ keçirilib. Şübhəlilərdən 123-ü həbs edilib, 4-ü barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb. Digərlərinin isə əməliyyatları davam edir”.