Yunanıstandan İzmirə gedən avtobus qəza törədib Dünya

Yunanıstandan İzmirə gedən avtobus qəza törədib

Yunanıstandan İzmirə gedən 35 KY 340 dövlət nömrə nişanlı avtobus Türkiyənin Gelibolu bölgəsinin Güneyli kəndi yaxınlığında yoldan çıxıb.

Xalqcəbhəsi.az-ın Türkiyənin “Anadolu” Xəbər Agentliyinə istinadən xəbərinə görə, boş əraziyə daxil olan avtobusdakı 42 sərnişindən 11-i xəsarət alıb.

Ətrafdakıların xəbər verməsi üzərinə bölgəyə xilasetmə, jandarma, polis və təcili tibbi yardım qrupları gəlib.

Qəza yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralılar xəstəxanalara aparılıb.