

Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında görüşə hazırlıq tempi daha da sürətlənib.
Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, Trampın fevralın 28-də Ağ Evdə Vladimir Zelenski ilə mübahisəsi yaxın həftələrdə Rusiya və ABŞ arasında münasibətlərin bərpası üçün danışıqların növbəti raundu üçün əlavə stimul oldu.
Putinlə Tramp arasında fevralın 12-də telefon danışığı olub. Kremlin məlumatına görə, iki ölkə liderləri şəxsi görüşlərin təşkili də daxil olmaqla, şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.
Fevralın 18-də Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya Federasiyası və ABŞ prezidentləri arasında görüş üçün konkret tarix hələ müəyyən edilməyib.
Cavid