"Tramp Demokrat olsaydı, Nobel mükafatı alardı" Dünya

"Tramp Demokrat olsaydı, Nobel mükafatı alardı"

ABŞ dövlət katibi Marko Rubio Rusiya-Ukrayna müharibəsinə son qoymağın ən vacib yolunun Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına gətirməkdən keçdiyini deyib.

Rubio ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanəti verməsinin sülhdən asılı olduğunu, hədəflərinin Rusiyanı danışıqlara təşviq etmək olduğunu və bunu əngəlləyəcək bir addım atılmaması gərəkdiyini qeyd edib.

Ağ Evdəki görüşdə Zelenskinin hər fürsətdə mövzunu Ukraynaya çevirdiyini müdafiə edən Rubio, Trampın sülh təşəbbüslərinə dəstək verməli olduğunu şərh edib. Rubio müharibəni bitirməyə çalışdıqları ilə bağlı fikirlərini təkrarlayaraq “Əgər bunu bir Demokrat etsəydi, hər kəs: “(Tramp) Nobel mükafatına doğru gedir” deyərdi” əlavə edib.