Tacikistanda keçirilən ümumi seçkilərdə Xalq Demokratik Partiyası qalib gəlib Dünya

Tacikistanda keçirilən ümumi seçkilərdə Xalq Demokratik Partiyası qalib gəlib

Tacikistanın Mərkəzi Seçki və Referendum Komissiyasının sədri Bəxtiyar Xudayarzadə dünən parlamentin aşağı palatası olan Nümayəndələr Palatasının üzvlərini müəyyən edən seçkilərin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. O, 63 yerlik parlament seçkilərində Xalq Demokratik Partiyasının 51,9 faiz səslə qalib gəldiyini, Fermerlər Partiyasının 21 faiz, İqtisadi İslahatlar Partiyasının 12,7 faiz, Sosialist Partiyasının 5,3 faiz, Demokrat Partiyasının isə 5,1 faiz səs topladığını bildirib.

B.Xudayarzadə bildirib ki, Kommunist Partiyası da seçkilərdə 1,9 faiz səs toplayıb və 5 faizlik baryerdən aşağıda qalıb. Ölkədə 5 milyon 522 min nəfər qeydiyyatda olan seçicinin olduğunu bildirən Xudayarzadə seçkidə iştirak nisbətinin 85,3 faiz olduğunu, 4 milyon 172 min 967 seçicinin səs verdiyini bildirib.