

01 AS 413 dövlət nömrə nişanlı Adana-Ankara şəhərlərarası sərnişin avtobusu Gölbaşı rayonu yaxınlığında idarəetmədən çıxaraq yolun kənarındakı beton maneələrə çırpılıb.
Xalqcəbhəsi.az Türkiyənin “Anadlo” Xəbər Agentliyinə istinadən bildirir ki, xəbərdarlıqdan sonra hadisə yerinə çoxlu tibb və polis qrupları göndərilib.
Avtobusda 32 nəfərin olduğu öyrənilib. Qəzada 5-i ağır olmaqla 16 nəfər yaralanıb.
Həmçinin qəza anı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.