Zelenski: Trampla yalnız ciddi danışıqlar üçün yenidən görüşərəm Dünya

Zelenski: Trampla yalnız ciddi danışıqlar üçün yenidən görüşərəm

Ukrayna Prezidenti Volodimir Zelenski yalnız ciddi danışıqlar üçün Trampla yenidən görüşəcəyini deyib.

APA xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.
Zelenski ABŞ Prezidenti Donald Tramp onu dəvət edərsə, yenidən görüşməyə hazır olduğunu, lakin Ağ Evdəki yeni görüşün ciddi olacağı təqdirdə getməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, cümə günü Zelenski, Tramp və ABŞ-nin vitse-prezidenti Vens arasında gərgin dialoq baş tutmuşdu, dünya liderləri isə Oval ofisdəki mübahisəyə münasibət bildirmişdilər.