

Gürcüstan prokuroru, hakim, polis, parlament üzvləri və digər şəxslərin Estoniyaya girişinə qadağa qoyulub.
APA xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna sərəncam imzalayıb.
“Biz ölkəyə giriş qadağası siyahısına daha 55 Gürcüstan vətəndaşının adını əlavə etdik”, - XİN rəhbəri qeyd edib.
Qeyd olunub ki, ümumilikdə 83 Gürcüstan vətəndaşının Estoniyaya girişinə qadağa qoyulub.