

PKK terror təşkilatının lideri Abdullah Öcalanın tərəfdarlarına çağırışı ilə bağlı hansısa bazarlıq müzakirə mövzusu deyil.
Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
"Qəbul edilmiş prinsiplər çox aydın və birmənalıdır. Bunlar silahların yerə qoyulması, terror təşkilatlarının ləğv olunmasıdır. Əsas məqsədimiz PKK, PYD, YPG terror təşkilatlarının bölgədə sabitliyi pozmasına yol verilməməsidir”, - Çelik qeyd edib.