Liderlər təklif hazırlayır, ancaq onu Putinə göndərə bilmir! Dünya

Liderlər təklif hazırlayır, ancaq onu Putinə göndərə bilmir!

Britaniya Baş naziri Keyr Starmer deyib ki, o, Fransa və Ukrayna liderləri ilə birgə atəşkəs və ya sülh təklifi hazırlayıb, ABŞ-a, yəni Trampa göndərəcəklər. Niyə? Amerika Ukraynanı işğal edir? Ya Amerika Rusiya ilə müharibə edir? Niyə sülh təklifini Putinə yox, Trampa göndərirsiniz?

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev Londonda ötən gün keçirilən Ukrayna üzrə sammit haqda qeyd edib.

O bildirib ki, Londona toplaşanlar ABŞ olmadan təklifi belə Putinə göndərə bilmədikləri ortaya qoydu.

“Britaniya və AB-nin Zelenskiyə ən böyük dəstəyi nədən ibarətdir: sülh təklifi hazırlamaq və Trampa göndərməkdən?” – politoloq vurğulayıb.