Kreml bunun əleyhinədir Dünya

Kreml bunun əleyhinədir

Rusiya Ukraynada Avropa sülhməramlılarının yerləşdirilməsinin qəti əleyhinədir.

Bunu Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov deyib.

Avropa sülhməramlılarının Ukraynada hipotetik yerləşdirilməsi ideyası, yumşaq desək, ən azı iki səbəbə görə çox şübhəlidir. Birincisi, Avropa İttifaqı qərəzsiz olmadığı kimi sülhməramlılar da qərəzsiz olmalıdır. İkincisi, Rusiya buna qəti şəkildə qarşıdır”, - o, Telegram kanalında yazıb.

Ulyanov onu da vurğulayıb ki, Ukraynadakı sülhməramlılardan söhbət gedəndə “Avropa rəsmiləri arabanı atın qabağına qoyurlar”.

Cavid