

ABŞ və amerikalılar Ukraynadakı münaqişəni maliyyələşdirməkdən yorulublar və Vladimir Zelenski “onu qidalandıran əli dişlədi”.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt Fox News-a müsahibəsində bildirib.
“Birləşmiş Ştatlar və Amerika xalqı bu müharibənin hesablarını ödəməkdən yorulub, təəssüf ki, Zelenski hələlik bunu istəmir”, - deyə RİA Novosti yazır.
O, əlavə edib ki, Zelenskinin ABŞ-la mineral ehtiyatlar sazişi imzalaması iqtisadi baxımdan onun xilası ola bilər. Ancaq bunun əvəzinə ukraynalı siyasətçi “arabanı atın qabağına qoymaq” və “onu qidalandıran əli dişləmək” qərarına gəlib”, – sözçü vurğulayıb.
Cavid