

İsrail ordusu növbəti dəfə Suriyanı hədəfə alıb. İsrail Müdafiə Qüvvələri (IDF) Latakiyanın Qardaha rayonunda keçmiş Suriya rejiminə aid silahların saxlandığı hərbi sahəyə hava hücumu təşkil edildiyini açıqlayıb.
“Son hadisələrlə əlaqədar olaraq bölgədəki hərbi infrastruktura zərbə endirilməsi qərara alındı” deyilən açıqlamada “IDF bölgədəki hadisələri izləməyə davam edəcək və İsrailin təhlükəsizliyini təmin etmək üçün lazımi addımları atacaq” deyə əlavə edilib.