Boliviyada avtobus və mikroavtobus toqquşub, ölənlər var Dünya

Boliviyada avtobus və mikroavtobus toqquşub, ölənlər var

Cənubi Amerika ölkəsi Boliviyada sərnişin avtobusu magistral yolda mikroavtobusla toqquşub.

Xalqcəbhəsi.az xarici mediaya istinadən bildirir ki, qəzada ilkin məlumatlara görə 25 nəfər həyatını itirib, bəziləri ağır olmaqla 26 nəfər yaralanıb.
Qəza ilə bağlı geniş araşdırma başladılıb.

Həmçinin yanğınsöndürənlər və polis qəza yerində axtarış-xilasetmə işlərini davam etdirir.

Qeyd edək ki, martın 1-də də Boliviyada iki sərnişin avtobusunun toqquşması nəticəsində 37 nəfər ölüb, 30 nəfər yaralanıb.