

İsrail müdafiə naziri Yisrael Katz Qəzza zolağına hücumları təkrar başalada biləcəklərini deyib.
Bildirək ki, İsrail humanitar yardımın Qəzzaya daxil olmasını dayandırmışdı.
Xalqcəbhəsi.az “NTV haber”ə istinadən bildirir ki, qəzzaya humanitar yardımın dayandırılmasının sadəcə bir başlanğıc olduğunu deyən Y.Katz, "Həmas tezliklə məhbusları azad etməsə, Qəzzanın qapıları qıfıllanacaq və cəhənnəmin qapıları açılacaq" vurğulayıb.