Çin bəzi ABŞ mallarına 15% cavab tarifləri tətbiq edib Dünya

Çin bəzi ABŞ mallarına 15% cavab tarifləri tətbiq edib

Çin ABŞ-dan bəzi idxal məhsullarına martın 10-dan etibarən əlavə tariflər tətbiq etdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Konkret olaraq, toyuq, buğda, qarğıdalı və pambığa 15%, sorqo, soya, donuz əti, mal əti, su məhsulları və süd məhsullarına isə 10% tarif tətbiq ediləcək.