Tramp Putinə tərəfdaş, Zelenskiyə düşmən kimi yanaşır - KİV Dünya

Tramp Putinə tərəfdaş, Zelenskiyə düşmən kimi yanaşır - KİV

ABŞ Prezidenti Donald Tramp Vladimir Putinə tərəfdaş, Vladimir Zelenskiyə isə düşmən kimi yanaşır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Axios” nəşri yazıb.

“Onun Putinə tərəfdaş, Ukrayna Prezidenti Vladimir Zelenskiyə düşmən kimi yanaşması NATO müttəfiqlərini və hətta bəzi respublikaçıları təşvişə salıb. Tramp Rusiyanın maraqlarına xidmət edən bir sıra addımlar atıb, onlardan sonuncusu ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırmaq qərarı olub. Bundan əlavə, Tramp Moskvaya qarşı sanksiyaların yumşaldılması imkanlarını nəzərdən keçirir və Kiyevdə rejimin dəyişdirilməsinə eyham vurur”, - nəşr bildirib.