Tramp üzr gözləyir - Zelenski açıqlama yaydı Dünya

Tramp üzr gözləyir - Zelenski açıqlama yaydı

20:43

ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüş gözlənildiyi kimi keçmədi.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski X səhifəsində yazıb.

"Bunun baş verməsi utancvericidir. Hər şeyi düzgün etməyin vaxtıdır. Biz gələcəkdə konstruktiv əməkdaşlıq və ünsiyyət istərdik”, - deyə o bildirib.

Dövlət başçısı bir daha vurğulayıb ki, Ukrayna istənilən vaxt faydalı qazıntılar və təhlükəsizliklə bağlı saziş imzalamağa hazırdır.

Onun sözlərinə görə, bu sazişi təhlükəsizliyin və etibarlı təhlükəsizlik təminatlarının gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirir:

“Bir daha vurğulamaq istərdim ki, Ukrayna sülhə can atır. Heç birimiz sonsuz müharibə istəmirik. Ukrayna davamlı sülhü yaxınlaşdırmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır”.

Zelenski həmçinin bəyan edib ki, müharibənin başa çatması prosesinin ilk mərhələləri əsirlərin azad edilməsi, dənizdə və səmada atəşkəs ola bilər ki, bu da raketlərin, uzaqmənzilli pilotsuz təyyarələrin, enerji və mülki infrastruktura zərbələrin istifadəsinə qadağa qoyulmasını nəzərdə tutur.

Sonda Zelenski Trampın Ukraynanı FGM-148 “Javelin” tank əleyhinə raket kompleksləri ilə təmin etdiyi “dönüş nöqtəsini” xatırladıb.

Qeyd edək ki, Ağ Evdə Zelenski ilə Tramp arasında baş tutan görüşdə tərəflərin mübahisəsi dünya ictimaiyyətində böyük rezonansa səbəb olub. ABŞ rəsmiləri buna görə Zelenskinin üzr istəməsini tələb edir. Hətta təzyiq kimi ABŞ Prezidenti Donald Tramp Ukraynaya bütün hərbi yardımları bu gün dayandırıb.