Ermənistan ikisindən birini seçməlidir - Rusiya səfiri Dünya

Ermənistan ikisindən birini seçməlidir - Rusiya səfiri

Ermənistan eyni zamanda Avrasiya İqtisadi Birliyinin (Aİİ) və Avropa İttifaqının (Aİ) üzvü ola bilməz, ölkə seçim etməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli “24Nyus” portalına müsahibəsində bildirib.

"Ya Aİ, ya da Aİİ... Hər ikisində olmaq qeyri-mümkündür. Bu, Rusiya tərəfinin mövqeyi deyil, obyektiv reallıq məsələsidir, çünki bir dövlət eyni vaxtda iki gömrük ittifaqının üzvü ola bilməz", - deyə o qeyd edib.