

Lütfən, Kanada qubernatoru Trüdoya izah edin ki, o, ABŞ-a cavab rüsumunu tətbiq edəndə, bizim cavab tarifimiz dərhal eyni məbləğdə artacaq!
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında Kanada Baş naziri Castin Trüdonun cavab tarifləri tətbiq etməsinə reaksiyasında yazıb.
Qeyd edək ki, martın 4-dən ABŞ-ın Kanada və Meksikadan idxala tətbiq etdiyi 25% tarifləri qüvvəyə minib.
Trüdo bu addımı “axmaqlıq” adlandırıb və ABŞ-dan idxala eyni rüsum tətbiq edib.
Meksika Prezidenti Klaudiya Şeynbaum da Trampın Meksikadan idxala tətbiq etdiyi 25 faizlik tarifləri pisləyib və hökumətinin cavab verəcəyini bildirib.