

ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının Konqres tərəfindən təsdiqlənmiş milyardlarla dollarlıq xarici yardımı dondurmaq tələbini rədd edib.
Xalqcebhesi.az xəbər verir ki, qərara əsasən, Tramp administrasiyası məhkəmənin qərarına əməl etməli və tamamlanmış işlər üçün qeyri-kommersiya yardım qruplarını təxminən 2 milyard dollar xarici yardımla təmin etməlidir.
Məhkəmə maliyyənin vaxtını açıqlamayıb, bu isə Ağ Evə məsələni aşağı məhkəmələrdə mübahisələndirməyə imkan verəcək. Qərar 5 səs lehinə, 4 səs əleyhinə olmaqla qəbul edilib.