Avropa ilə plan hazırlayırıq, tezliklə hazır olacaq - Zelenski Dünya

Avropa ilə plan hazırlayırıq, tezliklə hazır olacaq - Zelenski

Ukrayna və Avropa ədalətli, davamlı sülhə nail olmaq istiqamətində ilk addımlar üçün plan hazırlayır. Bu plan tezliklə hazır olacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram hesabında yazıb.

"Biz ədalətli və davamlı sülhü yaxınlaşdırmaq üçün plan hazırlayırıq. Biz bunun üzərində sürətlə işləyirik. O, yaxın vaxtlarda hazır olacaq. Biz həmçinin Ukraynadan ərzaq təşəbbüsümüzün həyata keçirilməsi barədə danışdıq. Sloveniya Suriya xalqını dəstəkləmək üçün səylərimizə qoşulur", - Zelenski bildirib.