

ABŞ Ukraynaya gələcəkdə kəşfiyyat məlumatlarının verilməsini və hərbi yardımı bərpa edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff deyib.
“ABŞ Prezidenti Donald Tramp Vladimir Zelenskinin sülh yolu ilə nizamlanmaya sadiq olub-olmadığına dair şübhə duyurdu. Buna görə də fasilə verilməsinin lazım olduğunu söylədi. Zelenski sülhə hazır olduğunu və bunun Donald Trampın rəhbərliyi altında əldə edilməsini istədiyini dedi. Bu səbəbdən düşünürəm ki, kəşfiyyat və hərbi istiqamətdə bu fasilə aradan qaldırılacaq”, - MKİ şefi vurğulayıb.
Qeyd edək ki, daha öncə Con Retkliff ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığını təsdiqləyib.