

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sosial media hesabından 6 fevral 2023-cü il və 6 fevral 2025-ci il tarixləri arasında Türkiyə və yaxın ətraflarında baş verən zəlzələ aktivliyini əks etdirən məlumat paylaşılıb.
Xalqcəbhəsi.az “Anadolu” Xəbər Agentliyinə istinadən bildirir ki, həmin paylaşımda deyilir: “Ökəmizdə hər 3 ildən bir 6 bal gücündə zəlzələ, 5 ildən bir 6 və daha çox, 10 ildən bir isə 7 və daha çox zəlzələ baş verir. AFAD hər il orta hesabla 24 min zəlzələnin həll yolunu təqdim edir. 6 fevral “Əsrin fəlakəti”ndən bu günədək bu rəqəm 110 minə yaxınlaşıb".