KİV: Tramp Təhsil Nazirliyini ləğv etmək üçün fərman imzalaya bilər Dünya

KİV: Tramp Təhsil Nazirliyini ləğv etmək üçün fərman imzalaya bilər

ABŞ Prezidenti Donald Tramp 6 mart tarixində Təhsil Nazirliyinin ləğvi ilə bağlı fərman imzalaya bilər.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” fərman layihəsinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Tramp təhsil naziri Linda Makmehona ABŞ qanunlarına uyğun olaraq Təhsil Nazirliyinin bağlanmasını asanlaşdırmaq üçün bütün lazımi addımları atmağı tapşıracaq.