Tramp Vaşinqton merinə evsizlərin çadırlarını yığışdırmağı əmr edib Dünya

Tramp Vaşinqton merinə evsizlərin çadırlarını yığışdırmağı əmr edib

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun meri Muriel Bouzerə evsizlərin çadırlarını şəhərdən yığışdırmağı əmr edib.

APA xəbər verir ki, bu haqda dövlət başçısı “Truth” sosial şəbəkəsində məlumat verib.

“Biz Vaşinqton merinə xəbərdarlıq göndərmişik ki, o, evsizlərin şəhərdə qurduğu bütün düşərgələri, xüsusən də Dövlət Departamentinin binası və Ağ Evin yaxınlığındakı düşərgələri təmizləsin. Əgər o bunu edə bilməzsə, biz onun üçün bunu etməyə məcbur olacağıq! Vaşinqton, təmiz və təhlükəsiz olmalıdır! Biz böyük paytaxtımızı bir daha fəxr etmək istəyirik.", - Tramp yazıb.