Tramp 2029-cu ilə qədər Meksika ilə sərhəddəki divarı tamamlamaq istəyir Dünya

Tramp 2029-cu ilə qədər Meksika ilə sərhəddəki divarı tamamlamaq istəyir

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar tikintisini 2029-cu ildə tamamlamaq niyyətindədir.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Devid Vens Texas ştatının İgl Pass şəhərində keçirdiyi mətbuat konfransında deyib.
"Prezident Donald Tramp ümid edir ki, ikinci səlahiyyət müddətinin sonuna qədər biz bütün sərhəd divarını tamamlayacağıq. Təbii ki, biz fiziki strukturdan, sərhəd divarının özündən danışırıq", - o, deyib.

Qeyd edək ki, Vens, müdafiə naziri Pit Heqset və ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard ABŞ-nin cənub sərhədindəki immiqrant böhranı ilə bağlı bölgəyə səfər ediblər.