

ABŞ prezidenti Donald Tramp HƏMAS-dan əlində olan bütün girovları buraxmağı tələb edərək təşkilatı hədələyib.
Tramp bu haqda öz “Truth” hesabında paylaşım edib.
"Şalom HƏMAS" salam və əlvida deməkdir – seçim sizindir. Girovların hamısını indi buraxın, gec deyil və öldürdüyünüz insanların bütün cəsədlərini dərhal qaytarın, yoxsa sizin üçün yolun sonudur.”, - Tramp bildirib.
O həmçinin HƏMASI İsrailə lazımi bütün dəstəyi verməklə də hədələyib.
“Mən İsrailə işi bitirmək üçün lazım olan hər şeyi göndərirəm, dediyimi etməsəniz, heç bir HƏMAS üzvü təhlükəsiz olmayacaq. Həyatlarını məhv etdiyiniz keçmiş girovlarla indicə görüşdüm. Bu sizə son xəbərdarlığımdır! Rəhbərlik üçün hələ şansınız olduğu halda Qəzzanı tərk etməyin vaxtıdır.” – paylaşımda deyilir.