

Türkiyənin Sinop bölgəsinin Düz kəndində gecə saatlarında baş verən torpaq sürüşməsində 3 ev və 1 saman tayası yararsız hala düşüb.
Xalqcəbhəsi.az xəbər verir ki, xəbərdarlıq üzərinə bölgəyə AFAD, xilasetmə və jandarma qrupları gəlib.
Qruplar dağılmış evlərdən iki yaralını xilas edib.
Hadisə yerində incələmə aparan Sinop valisi Mustafa Özarslan jurnalistlərə bildirib ki, gecə saatlarında Təcili Zəng Mərkəzinə sürüşmə xəbəri daxil olub.
O bildirib ki, vətəndaşların sürüşmə zamanı dağıntılar altında qalması barədə məlumat daxil olduqdan sonra bölgəyə qruplar göndərilib.
Qeyd edək ki, bölgəyə gələn qruplar təxminən 3 saat çalışdıqdan sonra dağıntılar altında qalan ər və arvad xilas edib.
Torpaq sürüşməsi nəticəsində xəsarət alan 4 nəfər təcili tibbi yardım maşını ilə ətraf xəstəxanalara aparılıb.