

Ukrayna Silahlı Qüvvələri 27 döyüş sursatı və 41 pilotsuz uçan aparatdan istifadə etməklə son 24 saat ərzində Belqorod vilayətinin 7 rayonuna hücum edib. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
Region rəhbərinin sözlərinə görə, Krasnoyaruzski rayonunda beş yaşayış məntəqəsinə 10 pilotsuz uçuş aparatı və 14 döyüş sursatı atılıb, bir avtomobil və elektrik xətti zədələnib. Qrayvoronski rayonunda beş döyüş sursatı və iki pilotsuz uçan aparatdan atəş açılıb, fərdi yaşayış evi yanıb, digər fərdi yaşayış evi, qaraj və altı avtomobilə ziyan dəyib.
Cavid