"Ukrayna münaqişəsi ABŞ və Rusiya arasında proksi müharibədir" Dünya

"Ukrayna münaqişəsi ABŞ və Rusiya arasında proksi müharibədir"

ABŞ dövlət katibi Marko Rubio etiraf edib ki, Ukraynadakı münaqişə Birləşmiş Ştatlar və Rusiya arasında proksi müharibədir.

“Prezident Donald Tramp hesab edir ki, bu, dalana dirənmiş uzunmüddətli münaqişədir və açığını desəm, bu, Ukraynaya yardım edən ABŞ və Rusiya arasında bir proksi müharibədir”, – Amerikanın xarici siyasət departamentinin rəhbəri Fox News-da deyib.

Rubio əlavə edib ki, Kiyev, Amerika Konqresi və digər ölkələr əvvəllər inanırdılar ki, sadəcə olaraq “Ukraynaya ehtiyac duyduqları qədər lazım olan hər şeyi vermək kifayətdir”. "Ancaq bu, strategiya deyil" deyə ABŞ dövlət katibi əminliyini bildirib.

Cavid