

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa prezidenti Emmanuel Makronun “Rusiya təhlükəsi” ilə bağlı sözlərinə cavab verib. Siyasətçi qeyd edib ki, Makronun özü təhlükə yaratmır və prezidentliyindən sonra heç kim onun üçün darıxmayacaq.
"Makron bildirib ki, Rusiya indi və uzun illər boyu Fransa və ümumilikdə Avropa üçün təhlükəyə çevrilib, lakin o, 2027-ci il mayın 14-dən gec olmayaraq əbədi olaraq yox olacaq", - Medvedev deyib.
Makron 2022-ci ilin yazında ikinci müddətə yenidən seçilib. Onun səlahiyyətləri 2027-ci ildə başa çatır.
Cavid