"NATO de-fakto çökür" Dünya

"NATO de-fakto çökür"

Yeni dünya siyasi nizamı Rusiyanın Ukraynaya qarşı işğalı fonunda ciddi dəyişdi. Artıq yeni dünya siyasi nizamı 2022-ci fevralından əvvəlki kimi deyil. ABŞ oturuşmuş ənənəvi xarici siyasət strategiyasından imtina edir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, ABŞ birqütblü dünyadan imtina edərək, Rusiyanın da fövqəl dövlət statusunu tanımaq kimi planı var. Məhz ABŞ Rusiyanın işğalına məruz qalan Ukraynanı dəstəkləməkdən imtina edərək, Rusiya ilə eyni masada oturur: "Demək olar ki, NATO de-fakto çökür. Həmçinin ABŞ və Avropa arasında təhlükəsiz bağları qopur.
Avropa ölkələri Ukrayna ilə bağlı ABŞ və Rusiya arasında ciddi sövdələşməyə imkan verməməyə çalışır. Böyük Britaniya baş naziri, Fransa və Ukrayna prezidentlərinin Vaşinqtona səfəri gözlənilir. ABŞ Ukrayna ilə mineral ehtiyatlarla bağlı saziş imzalasa da, Rusiyanın işğal etdiyi ərazilərdən çəkilməsi məsələsini qaldırmayacaq.
ABŞ və Rusiya razılaşması var. Və razılaşma Avropa və Ukraynanın maraqlarina uyğun deyil".

Cavid