KTMT: Ermənistan qarşısındakı öhdəliklərimiz dəyişməz qalır Dünya

KTMT: Ermənistan qarşısındakı öhdəliklərimiz dəyişməz qalır

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqidir. Bu ölkə qarşısındakı öhdəliklərimiz dəyişməz qalır”.

APA xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində təşkilatın Baş katibi İmanqali Tasmaqambetov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi hərbi ittifaqla rəsmi İrəvan arasında işgüzar təmaslar davam edir:

“Bir daha qeyd edirəm ki, KTMT-nin Ermənistanla bağlı götürdüyü öhdəliklər dəyişməyib. O ki qaldı rəsmi İrəvanın təşkilatımız ilə tərəfdaşlığın bərpası niyyətini ifadə edib-etməməsinə, Ermənistan qarşısındakı öhdəliklərimiz dəyişməz olaraq qalır”.