CNN: ABŞ-ın hərbi yardımı dayandırması Ukraynanın məğlubiyyətinə gətirib çıxarır Dünya

CNN: ABŞ-ın hərbi yardımı dayandırması Ukraynanın məğlubiyyətinə gətirib çıxarır

Kiyevin informasiya və silah təminatının tamamilə dayandırılması onun hərbi potensialına “sarsıdıcı zərbə” vuracaq.

Mənbə ABŞ Ukraynaya yardımı dayandırarsa, sülh sazişinə ehtiyac olub-olmayacağı ilə bağlı CNN-ə bildirib.

Bir gün əvvəl Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols bildirib ki, ABŞ Kiyevlə sülh danışıqlarında uğur qazanacağı təqdirdə Ukraynaya hərbi yardımın bərpasını nəzərdən keçirəcək.

Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü münaqişənin həllinə mane olur və NATO ölkələrini bu işə birbaşa cəlb edir.

Bu arada CNN ABŞ-ın Ukraynaya verdiyi silahları sadalayıb: artilleriya sursatları, tanklar, zirehli texnikalar, haubitsalar, Patriot zenit sistemləri və uzaq mənzilli raket və artilleriya sistemləri.

ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi bildirib ki, ABŞ artıq kəşfiyyat məlumatlarının mübadiləsini azaldıb, o cümlədən həm hücum, həm də müdafiə əməliyyatlarına təsir edə biləcək müşahidə və kəşfiyyat uçuşları ilə bağlı məlumatlar.

Cavid