

AB ölkələri Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsini dayandırmalıdır.
Xalqcebhesi.az xəbər verir ki, bunu Latviya xarici işlər naziri Rixards Kozlovskis deyib.
“Belə bir xidmətdən imtina etmək mənəvi borcdur. Bütün AB-yə üzv dövlətlər təhlükəni ciddi qəbul etməlidir”, - Kozlovskis bildirib.
Latviya XİN başçısı bunu belə əsaslandırıb ki, Avropa Birliyi hibrid müharibə vəziyyətindədir və mümkün aktiv təxribatlardan ziyan çəkə bilər.